Pakistanda 5,5 bal gücündə zəlzələ qeydə alınıb

Pakistanda 5,5 bal gücündə zəlzələ qeydə alınıb

DÜNYA
184

Fins.az - Pakistanda 5,5 bal gücündə zəlzələ baş verib.

Ölkənin Milli Seysmologiya Mərkəzinin məlumatına görə, yeraltı təkanlar qeydə alınıb, lakin indiyədək ölənlər, xəsarət alanlar və ya dağıntılar barədə rəsmi məlumat daxil olmayıb.

Qeyd edək ki, bundan bir neçə saat əvvəl, cümə günü axşam saatlarında da ölkədə 5,3 bal gücündə zəlzələ baş vermişdi.

Milli Seysmologiya Mərkəzinin məlumatına əsasən, həmin zəlzələnin ocağı 75 kilometr dərinlikdə yerləşib.

Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxlayır və əlavə məlumatların daxil olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcəyini bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pakistanda 5,5 bal gücündə zəlzələ qeydə alınıb — Fins.az — Fins.az