
Özbəkistan kosmik proqramını genişləndirir: ilk uçuş planlaşdırılır
Özbəkistan 2028-ci ilin oktyabrına qədər ilk kosmonavtını kosmosa göndərməyi planlaşdırır.
Fins.az xəbər verir ki, bu barədə “Uzbekcosmos” agentliyinin direktor müavini Muhiddin İbrahimov məlumat verib.
Onun sözlərinə görə, planlaşdırılan kosmik uçuşun müddəti 14 gün olacaq. Hazırda bu məsələ ilə bağlı ABŞ, Rusiya və Çinlə danışıqlar aparılır.
Qeyd edilib ki, ABŞ və Rusiya Beynəlxalq Kosmik Stansiyaya pilotlu uçuşlar həyata keçirir, Çin isə öz orbital stansiyasına malikdir. Tərəflərin Özbəkistanla əməkdaşlığa hazır olduqları bildirilib.