Ötən il ərzində 124,6 milyon smart səsucaldıcı cihaz satılıb – HESABAT
Ötən ilin sonuncu rübündə 49,2 milyon “ağıllı” səsucaldıcı satılıb.
Fins.az xəbər verir ki, bu haqda “Canalys” analitik şirkətinin mütəxəssisləri məlumat yayıb.
Məlumata görə, bu rəqəm 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 52% çoxdur.
Məlumatda “ağıllı” səsucaldıcının satışı üzrə şirkətlərin reytinqi də açıqlanıb. Reytinqə əsasən, Amazon şirkəti 31,7%-ə, Google şirkəti 25,3%-ə, Baidu 11,6%-ə, Alibaba 11,4%-ə, Xiaomi isə 9,4%-ə sahibdir.
Ümumiyyətlə, ötən il ərzində sözügedən məhsulun satışı üzrə şirkətlərin reytinq cədvəlinə liderliyi də Amazon şirkəti edib.
Belə ki, Amazon şirkəti bazarın 29,9%-nə, Google 19,1%-nə, Baidu 13,9%-nə, Alibaba 13,5%-nə, Xiaomi isə 11,3%-nə sahib olub.
Qeyd edək ki, 2019-cu il ərzində 124,6 milyon “ağıllı” səsucaldıcı satılıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 60% çoxdur.
©ted