OPEC+: Neft bazarında tarazlıq qorunacaq

OPEC+: Neft bazarında tarazlıq qorunacaq

DÜNYA
222

“OPEC+” ölkələri qlobal enerji bazarındakı mövcud vəziyyəti nəzərə alaraq may ayından etibarən neft hasilatını gündəlik 206 min barel artırmaq barədə razılığa gəlib.

Fins.az xəbər verir ki, qərar alyansın əsas iştirakçıları olan Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman arasında keçirilən virtual iclas çərçivəsində qəbul olunub.

Məlumata görə, görüş zamanı qlobal enerji bazarındakı cari tendensiyalar və yaxın dövr üçün proqnozlar geniş şəkildə müzakirə edilib. Qərarın qəbulunda regionda müşahidə olunan geosiyasi gərginliklər, xüsusilə ABŞ–İsrail–İran xəttində artan qarşıdurmanın xam neft tədarükünə mümkün təsirləri əsas amillərdən biri kimi qiymətləndirilib.

Alyans tərəfindən yayılan rəsmi bəyanatda qeyd olunur ki, üzv ölkələr enerji axınlarının fasiləsizliyinin təmin edilməsi üçün beynəlxalq dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyinin qorunmasını xüsusi önəmli hesab edir.

Beləliklə, “OPEC+” çərçivəsində qəbul edilən bu qərar qlobal neft bazarında tarazlığın qorunmasına və potensial risklərin minimallaşdırılmasına yönəlmiş addım kimi qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
OPEC+: Neft bazarında tarazlıq qorunacaq — Fins.az — Fins.az