OPEC+ aprel ayından hasilatı artıra bilər

OPEC+ aprel ayından hasilatı artıra bilər

DÜNYA
328

Finss.az - Neft bazarlarında risk mükafatı qismən azalıb.

Buna səbəb “Reuters” agentliyinin yaydığı məlumatdır. Xəbərə görə, OPEC+ aprel ayından etibarən neft hasilatının artırılmasını yenidən gündəmə gətirir.

Ekspertlər bildirirlər ki, hasilatın artırılması üzv ölkələrə qiymət artımından əlavə gəlir əldə etmək imkanı yaratsa da, uzunmüddətli dövrdə bazarda təklifin çoxalması qiymətlərə aşağı istiqamətli təzyiq göstərə bilər.

OPEC+ ölkələrinin növbəti iclası 1 mart tarixində keçiriləcək. Qərarın bazar balansına təsiri əsas müzakirə mövzularından biri olacaq.

Xatırladaq ki, 2025-ci il ərzində 2026-cı ildə mümkün təklif artıqlığı ilə bağlı gözləntilər neft bazarlarına mənfi təsir edib. Buna baxmayaraq, 2026-cı ilin əvvəlində Yaxın Şərqdə artan geosiyasi risklər və qlobal iqtisadiyyatın dayanıqlılığı neft qiymətlərinin son altı ayın ən yüksək səviyyəsinə yüksəlməsinə səbəb olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
OPEC+ aprel ayından hasilatı artıra bilər — Fins.az — Fins.az