
Okeaniyada Samoa yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib
Fins.az - Okeaniyada, Sakit okean akvatoriyasında Samoa yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Samoa paytaxtı Apia şəhərindən təxminən 204 km cənub-qərbdə baş verib.
Məlumata görə, zəlzələnin episentri Tonqa Krallığına aid Tafahi adasının 127 km şimal-şərqində yerləşib. Təkanların episentrdə intensivliyi “çox güclü” kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 5,9 olaraq dəyərləndirib və ocağın 13 km dərinlikdə yerləşdiyini bildirib.
Hadisə ilə bağlı dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.