
Nyu-Yorkun ən böyük çimərliyi köpəkbalıqlarına görə bağlana bilər
Fins.az - ABŞ-nin Nyu-York şəhərində yerləşən Rokuey çimərliyi sahilə yaxın ərazidə köpəkbalıqlarının müşahidə olunması səbəbindən müvəqqəti bağlana bilər.
Məlumata görə, iyulun 2-də şəhərin ən böyük çimərliyinin yaxınlığında bir neçə köpəkbalığı qeydə alınıb. Təhlükəsizlik məqsədilə vəziyyət nəzarətdə saxlanılır və çimərliyin bağlanması ehtimalı nəzərdən keçirilir.
Nyu-Yorkda son günlər müşahidə olunan isti hava şəraiti fonunda havanın temperaturu 38 dərəcəyədək yüksəlib.