
Nyu Yorkda 50 mindən çox restoran, kafe və bar bağlanılır
Dünyanın izdihamlı şəhərlərindən biri olan, 24 saat hərəkətin davam etdiyi Nyu Yorkda koronavirus səbəbilə restoran, bar, kafe, gecə klubları, teatr və kinoteatrlar bağlanılır.
Fins.az xəbər verir ki, bunu Nyu York şəhərinin bələdiyyə sədri Bill de Blasio bildirib.
"Bu qərarı vermək çox asan olmadı. Bu məkanlar şəhərimizin ürəyi və ruhudur. Ancaq şəhərimiz bu an misli görünməmiş bir təhdidlə qarşı-qarşıyadır və müharibə zamanı məntiqi ilə hərəkət etməliyik", - Bələdiyyə sədri deyib.
Nyu Yorkda 50 mindən çox restoranın çərşənbə axşamı günündən etibarən bağlanması gözlənilir. Milli Rostroan Birliyinə görə, Nyu York şəhərindəki restoranların illik gəliri 51 milyard dollardır və restoranlarda 800 mindən çox insan çalışır.
Amerikada əksər marketdə rəflər boşalıb, bir çox ştatlarda məktəblər bağlandıb.
Bu günə qədərki testlərə görə ölkədə 3700-dən çox korovanirus xəstəsi aşkarlanıb və 68 nəfər virusdan ölüb.
@marja