
Novorossiyskdə insident Qazaxıstan neft ixracına təsir etməyib
Fins.az - Aprelin 5-də Novorossiysk limanında baş verən insident Qazaxıstan neftinin ixracına təsir etməyib. Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, ölkənin xam neftinin əsas neft kəməri sistemi vasitəsilə qəbulu və nəqli normal rejimdə həyata keçirilir, ixrac planları qrafik üzrə yerinə yetirilir.
Nazirlik vəziyyətin monitorinqini davam etdirir. Medianın məlumatına görə, həmin gün Novorossiysk limanı dronlarla hücuma məruz qalıb.