
Norveç vətəndaşlıq qaydalarını sərtləşdirə bilər
Fins.az - Norveçdə vətəndaşlıq əldə etmək qaydalarının sərtləşdirilməsi müzakirə olunur.
Təklif olunan dəyişikliklərə əsasən, vətəndaşlıq üçün ölkədə yaşama müddətinin 3 ildən 7 ilə qaldırılması nəzərdə tutulur. Eyni zamanda, vətəndaşlığı olmayan şəxslər üçün Norveç dili bilik tələblərinin də gücləndirilməsi planlaşdırılır.
Bundan əlavə, Norveçdə doğulan və ya uşaqlıqda ölkəyə gələn və vətəndaşlığı olmayan şəxslər üçün minimum 5 illik yaşayış tələbi qoyulması nəzərdə tutulur.
Həmçinin Norveç vətəndaşı ilə evli və ya birgə yaşayan şəxslər üçün də ölkədə qalma müddətinin artırılması təklif edilir.