"Netflix"in baş direktoru vəzifəsindən getdi

"Netflix"in baş direktoru vəzifəsindən getdi

DÜNYA
526

"Netflix"in həmtəsisçisi Rid Hastinqs platformanın baş direktoru vəzifəsindən ayrılıb.

Fins.Az axşam.az-a istinadən bildirir ki, bu barədə platformanın rəsmi hesabında yazılıb. Bildirilib ki, Qreq Peters Ted Sarandosla birlikdə baş direktor vəzifəsini icra edəcək.

Hastinq isə bundan sonra qurumun Direktorlar Şurasının sədrliyini edəcək.

"Direktorlar Şurası ilə birgə hesab edirik ki, indi mənim bu vəzifəmin bitməsi üçün ən uyğun vaxtdır. Bundan sonra Direktorlar Şurasının icraçı direktoru vəzifəsini icra edəcəyəm" - deyə, iş adamı bəyanatda yazıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Netflix"in baş direktoru vəzifəsindən getdi — Fins.az — Fins.az