
Nəsli kəsildiyi hesab olunan albatrosların sayı Yaponiyada artır
Fins.az - Yaponiyanın Torişima adasında nəsli kəsildiyi hesab olunan qısaquyruq albatrosların sayı 10 mini keçib.
Məlumata görə, Yamaşina Ornitologiya İnstitutunun apardığı son araşdırmalar zamanı adada 11 min 67 albatros və 1591 bala qeydə alınıb.
Bu göstərici əvvəlki illə müqayisədə 12 faiz artım deməkdir.
Mütəxəssislər bildirirlər ki, XX əsrin ortalarında nəsli kəsilmiş hesab edilən bu quş növü sonradan Torişima adasında yenidən aşkar olunub.