UNESCO obyektləri biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır

 UNESCO obyektləri biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır

DÜNYA
272

Fins.az - UNESCO-nun yeni hesabatına əsasən, təşkilatın qoruduğu ərazilər həm insanların rifahına, həm də biomüxtəlifliyin qorunmasına mühüm töhfə verir.

Araşdırmada qeyd olunur ki, 1970-ci ildən bəri dünyada vəhşi heyvan populyasiyaları 73 faiz azaldığı halda, UNESCO tərəfindən mühafizə olunan ərazilərdə bu göstərici nisbətən sabit qalır.

“UNESCO-nun obyektlərində insan və təbiət: qlobal və yerli töhfə” adlı hesabat təşkilatın Ümumdünya irsi obyektləri, biosfer qoruqları və qlobal geoparklarını vahid şəbəkə kimi təhlil edən ilk genişmiqyaslı tədqiqatdır.

Bu şəbəkəyə ümumi sahəsi 13 milyon kvadratkilometri ötən 2260-dan çox obyekt daxildir ki, bu da Çin və Hindistanın birlikdə ərazisindən daha böyükdür. Hesabatda həmçinin qeyd olunur ki, bu ərazilərdə mindən çox dildə danışılır və obyektlərin təxminən dörddəbiri yerli xalqların torpaqlarını əhatə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
UNESCO obyektləri biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır — Fins.az — Fins.az