
“Real Sosyedad” penaltilərdə “Atletiko”nu məğlub edərək İspaniya Kubokunu qazanıb
Fins.az - “Real Sosyedad” İspaniya Kubokunun qalibi olub.
Final oyununda San-Sebastyan təmsilçisi Madridin “Atletiko” klubunu penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb.
Sevilyadakı “La Kartuxa” stadionunda keçirilən qarşılaşmada “Real Sosyedad” oyuna çox sürətli başlayaraq artıq 14-cü saniyədə Ander Barreneçeanın qolu ilə hesabı açıb. 19-cu dəqiqədə Ademola Lukman tarazlığı bərpa edib. Birinci hissənin sonunda isə Mikel Oyarzabal penaltidən fərqlənərək komandasını yenidən önə keçirib.
İkinci hissənin sonlarına yaxın “Atletiko” Julian Alvaresin 83-cü dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirib və oyunu əlavə vaxta daşıyıb. Əlavə vaxtda qalib müəyyənləşmədiyindən, kubokun sahibi penaltilər seriyasında bəlli olub.