“Mançester Siti” səfərdə “Çelsi”ni məğlub edib

 “Mançester Siti” səfərdə “Çelsi”ni məğlub edib

DÜNYA
380

Fins.az - Futbol üzrə İngiltərə Premyer Liqasının XXXII turunda “Mançester Siti” səfərdə “Çelsi” üzərində inamlı qələbə qazanıb.

Turun mərkəzi qarşılaşmasında London klubunu 3:0 hesabı ilə məğlub edən qonaqlar vacib üç xal əldə ediblər.

Digər oyunlarda “Nyukasl” “Kristal Pelas”ı 2:1 hesabı ilə üstələyib, “Tottenhem” “Sanderlend”ə 0:1 hesabı ilə uduzub, “Aston Villa” isə “Nottingem Forest”lə 1:1 hesablı heç-heçə edib.

Hazırda turnir cədvəlinə 70 xalla “Arsenal” liderlik edir. Bir oyunu ehtiyatda olan “Mançester Siti” isə 64 xalla ikinci pillədə qərarlaşıb. Tur aprelin 13-də keçiriləcək “Mançester Yunayted” – “Lids” oyunu ilə başa çatacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Mançester Siti” səfərdə “Çelsi”ni məğlub edib — Fins.az — Fins.az