Fransada “Printemps” şəbəkəsi iş yerlərini ixtisar edir

 Fransada “Printemps” şəbəkəsi iş yerlərini ixtisar edir

DÜNYA
273

Fins.az - Fransanın “Printemps” ticarət şəbəkəsi yenidənqurma planı çərçivəsində 229 iş yerinin ləğv olunacağını açıqlayıb. Bu qərar xüsusilə “Rennes” şəhərindəki mağazanın bağlanması ilə əlaqədardır.

Şirkət rəhbərliyi bildirib ki, bu addım istehlak mallarının satışında davamlı azalma və alıcılıq qabiliyyətinin zəifləməsi fonunda atılır. Eyni zamanda, ucuz və tez-tez yenilənən kolleksiyalar təqdim edən sürətli moda seqmenti və ikinci əl bazarının inkişafı rəqabəti daha da gücləndirib.

Yenidənqurma planına əsasən, 17 vəzifə dəyişdiriləcək, eyni zamanda 91 yeni iş yeri yaradılacaq. 1865-ci ildə yaradılmış “Printemps” hazırda Fransada və xaricdə fəaliyyət göstərən geniş mağaza şəbəkəsinə malikdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransada “Printemps” şəbəkəsi iş yerlərini ixtisar edir — Fins.az — Fins.az