Nazir: Özbəkistan Prezidentinin Gürcüstana səfəri tarixi fürsətdir

Nazir: Özbəkistan Prezidentinin Gürcüstana səfəri tarixi fürsətdir

DÜNYA
228

Fins.az - Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəyə səfərini iki dövlət arasında münasibətlərin inkişafı baxımından tarixi hadisə kimi qiymətləndirib.

Nazirin sözlərinə görə, bu, Özbəkistan Prezidentinin son 23 ildə Gürcüstana ilk dövlət səfəridir və iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçməsi üçün mühüm imkan yaradır.

Boçorişvili bildirib ki, səfər siyasi dialoqun gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, Gürcüstan və Özbəkistan arasında münasibətlərin daha da inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nazir: Özbəkistan Prezidentinin Gürcüstana səfəri tarixi fürsətdir — Fins.az — Fins.az