
Naycel Faraj Böyük Britaniyada növbədənkənar seçkilər keçirilməsinə çağırıb
Fins.az - Nigel Farage Böyük Britaniyada ümumi parlament seçkilərinin keçirilməsinə çağırış edib.
Sağ yönümlü “Reform UK” Partiyasının lideri bildirib ki, Baş nazir Keir Starmer səlahiyyətlərini təhvil verməyi planlaşdırdığı halda ölkə yeni seçkilərə getməlidir.
Faraj sosial şəbəkədə paylaşdığı açıqlamada partiyasının seçkilərə hazır olduğunu və ölkədə köklü dəyişikliklər həyata keçirməyə qadir olduğunu vurğulayıb.
O, həmçinin Leyboristlər Partiyasının sadəcə başqa bir siyasətçini Baş nazir vəzifəsinə gətirməklə vəziyyəti dəyişə biləcəyini düşünməsinin yanlış olduğunu bildirib.