Natura Siberica brendinin sahibi vəfat edib

Natura Siberica brendinin sahibi vəfat edib

DÜNYA
623

Bakı, 8 yanvar Fins.az

"Resepti babuşki Aqafi" və Natura Siberica markalarının qurucusu, iş adamı Andrey Trubnikov 60 yaşında vəfat edib.

 Fins.az xəbər verir ki,bu barədə RBC-ya şirkəti mətbuat katibi məlumat verib.

Andrey Trubnikov  "Resepti babuşki Aqafi" markasını 2002-ci ildə bazara çıxarıb, altı il sonra Natura Siberica markası, 2012-ci ildə eyni adlı Natura Siberica pərakəndə şəbəkəsini təsis edib. Hazırda markanın  Rusiyada və xaricdə 55-dən çox satış nöqtəsi var. Digər 39 mağaza Organic Shop markası altında fəaliyyət göstərir.

Kosmetik istehsalçı və pərakəndə satış şirkətinin 2019-cu ildəki ümumi gəliri, öz məlumatlarına görə 14 milyard rubl təşkil edib.

Şirkətlər qrupu Trubnikova və onun ailə üzvlərinə məxsusdur.

Müəllif: Aynur Qəniyeva 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Natura Siberica brendinin sahibi vəfat edib — Fins.az — Fins.az