
NATO sammiti ilə əlaqədar Ankara hava limanında uçuş məhdudiyyətləri tətbiq olunacaq
Fins.az - NATO Liderlər Sammiti ilə əlaqədar Ankaradakı “Esenboğa” Beynəlxalq Hava Limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq ediləcək.
Türkiyə Dövlət Hava Limanları Baş İdarəsinin məlumatına görə, məhdudiyyətlər iyulun 7-də saat 10:00-dan 18:00-dək, iyulun 8-də isə saat 14:00-dan 21:00-dək qüvvədə olacaq.
Tədbirlər NATO Liderlər Sammiti çərçivəsində təhlükəsizlik və hava hərəkətinin tənzimlənməsi məqsədilə həyata keçiriləcək.
Sərnişinlərə uçuş cədvəllərində mümkün dəyişiklikləri əvvəlcədən aviaşirkətlərdən dəqiqləşdirmək tövsiyə olunur.