NASA orbitini itirən “Swift” rəsədxanasını xilas etmək üçün missiyaya hazırlaşır

NASA orbitini itirən “Swift” rəsədxanasını xilas etmək üçün missiyaya hazırlaşır

DÜNYA
162

Fins.az - NASA orbitini sürətlə itirən və 20 ildən artıqdır fəaliyyət göstərən Swift kosmik rəsədxanasının fəaliyyətini uzatmaq məqsədilə yeni missiyaya hazırlaşır.

Məlumata görə, iyunun 30-da orbitə eksperimental LINK peyk-buksirinin buraxılması planlaşdırılır. Robotlaşdırılmış aparatın əsas vəzifəsi Swift rəsədxanasının orbitini yüksəltmək və onun istismar müddətini uzatmaqdır.

Missiya çərçivəsində LINK hava bazalı Pegasus XL raketi vasitəsilə orbitə çıxarılacaq.

Qeyd edək ki, Swift rəsədxanası 20 ildən artıqdır kosmosda fəaliyyət göstərir və əsasən kainatda baş verən qamma-şüa partlayışlarının müşahidəsi və tədqiqi ilə məşğuldur. Bu missiya orbitdəki kosmik aparatların xidmət müddətinin uzadılması istiqamətində mühüm addım hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
NASA orbitini itirən “Swift” rəsədxanasını xilas etmək üçün missiyaya hazırlaşır — Fins.az — Fins.az