NASA “Artemis 2” missiyası üçün geri sayımı başladıb

NASA “Artemis 2” missiyası üçün geri sayımı başladıb

DÜNYA
367

Fins.az - NASA-nın Kennedi adına Kosmik Mərkəzində “Artemis 2” pilotlu missiyasının buraxılışöncəsi geri sayım proseduruna start verilib. Bu missiya 50 ildən artıq fasilədən sonra insanın Aya ilk uçuşunu nəzərdə tutur.

Geri sayım martın 30-da yerli vaxtla saat 16:44-də (Bakı vaxtı ilə 00:44) başlayıb. Dörd astronavtdan ibarət ekipajla “Space Launch System” (SLS) raketdaşıyıcısının buraxılışı aprelin 1-də yerli vaxtla saat 18:24-ə (2 aprel, Bakı vaxtı ilə 01:24) planlaşdırılıb.

Hazırda mütəxəssislər raket və “Orion” kosmik gəmisinin bütün sistemlərini yoxlayırlar. Bu prosesə bort avadanlıqlarının aktivləşdirilməsi, rabitə kanallarının test edilməsi, həmçinin kriogen sistemlərin maye hidrogen və oksigenlə doldurulmaya hazırlanması daxildir.

Qeyd olunur ki, bu mərhələdə aparılan bütün əməliyyatlar yüksək dəqiqlik və ciddi koordinasiya tələb edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
NASA “Artemis 2” missiyası üçün geri sayımı başladıb — Fins.az — Fins.az