
Naoya İnoue mütləq dünya çempionu titulunu qoruyub
Fins.az - Naoya Inoue Tokio şəhərində keçirilən boks gecəsinin əsas döyüşündə həmyerlisi Junto Nakatani üzərində qələbə qazanaraq mütləq dünya çempionu titulunu qoruyub.
12 raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdil qərarla qələbəni İnoueyə veriblər.
Beləliklə, o, WBC, WBO, IBF və WBA (Super) versiyaları üzrə çempion kəmərlərini özündə saxlayıb.
33 yaşlı boksçunun peşəkar karyerasında artıq 33 qələbəsi var və bunların 27-si nokautla əldə olunub. Nakatani isə ilk məğlubiyyətini alıb – onun aktivində 32 qələbə (24-ü nokautla) qalır.
Qeyd edək ki, Naoya Inoue 2023-cü ilin dekabrından etibarən mütləq dünya çempionu statusuna sahibdir.