“Morgan Stanley” neftin qiymət və tələbat proqnozunu dəyişib

“Morgan Stanley” neftin qiymət və tələbat proqnozunu dəyişib

DÜNYA
1,752

“Morgan Stanley” investisiya bankının analitikləri dəmir yolu və hava nəqliyyatı ilə sərnişin daşınması 60-70% azalmasına səbəb olan yeni koronavirusun yayılması səbəbindən neftin qiymətlərini və tələbat proqnozlarını azaldıb.

Fins.az “İnterfax”a istinadən xəbər verir ki, bankın qiymətləndirməsinə əsasən, 2020-ci ildə dünya bazarında neftin həddindən artıq artımı gündəlik olaraq 300 min barel təşkil edəcək. Neft tələbatına dair proqnoz 15% azalaraq 850 min barelə qədər azaldılıb.

Hazırda ekspertlər ümid edirlər ki, birinci rübdə “Brent” markalı neftin bir barel üçün orta hesabla qiyməti əvvəlki 65,7 dollar/barel nisbətdə 55 dollar/barelə çatacaq. İkinci rübdə neftin bir barelinin qiyməti daha əvvəlki 65 ABŞ dolları proqnozuna qarşı 57 dollar/barel olacaq.

WTI markalı neft üçün isə qiymətləndirmə belədir ki, bir barrel üçün əvvəlki proqnozlaşdırılmış 62 dollar/barel əvəzinə 50 dollar/barel və əvvəlki proqnozlaşdırılmış 60 dollar/bareldən 52,5 dollar/barelə düşürdüıüb.

"Biz OPEC+ iştirakçılarının hazırkı razılaşma sazişinin 2020-ci ilin sonuna qədər uzadacağını gözləyirik, həmçinin, ilin birinci yarısının qalan hissəsi üçün əlavə 600 min barel azalma elan edəcəyini gözləyirik", - deyə “Bloomberg” agentliyi “Morgan Stanley” hesabatına istinadən yazır.

Analitiklər güman edirlər ki, Braziliya, Norveç, Qayana və Kanadada istehsalın artacağını düşünürlər. Bu isə o deməkdir ki, qeyri-OPEK-ə daxil ölkələrdən tədarüklər 2020-ci ildə təxminən 1,9 milyon barel artacaq.

©report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Morgan Stanley” neftin qiymət və tələbat proqnozunu dəyişib — Fins.az — Fins.az