"Moodys": ABŞ dollarının üstünlüyü onilliklər ərzində davam edəcək

"Moodys": ABŞ dollarının üstünlüyü onilliklər ərzində davam edəcək

DÜNYA
692

ABŞ dollarının beynəlxalq ticarət və maliyyədəki hökmranlığı çətinliklərə baxmayaraq, onilliklər ərzində davam edəcək.

Fins.az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi "Moodys" məlumat açıqlayıb.

Məlumata görə, ehtiyatlarda dolların payının onilliklər ərzində azalması və artan geosiyasi gərginlik bu valyutanın hökmranlığına son qoyulması ilə bağlı spekulyasiyaları artırsa da, hazırda heç bir real alternativ yoxdur.

Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, dolların rəsmi valyuta ehtiyatlarında payı əsrin əvvəlindəki 78%-dən ötən ilin dördüncü rübündə 58%-ə enib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Moodys": ABŞ dollarının üstünlüyü onilliklər ərzində davam edəcək — Fins.az — Fins.az