
Monqolustanda yayda qeyri-adi qar yağıb
Fins.az - Monqolustanın şimal və mərkəzi bölgələrində, o cümlədən paytaxtda nadir hallarda müşahidə olunan qar yağıb.
Bu barədə ölkənin Milli Meteorologiya və Ətraf Mühitin Monitorinqi Agentliyi məlumat yayıb.
Yağıntılar nəticəsində bəzi ərazilərdə temperaturun mənfi 5 dərəcəyədək düşdüyü bildirilir.
Qeyri-adi hava şəraiti regionda iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.