Mitsubishi Attrage yenilənib

Mitsubishi Attrage yenilənib

DÜNYA
216

Fins.az - Mitsubishi Motors büdcə seqmentinə aid olan Attrage sedanının yenilənmiş versiyasını təqdim edib.

Restaylinqdən sonra model daha aqressiv ön hissə dizaynı əldə edib. Avtomobilin eksteryerində dəyişikliklər edilib, həmçinin təhlükəsizlik sistemləri təkmilləşdirilib.

Hazırkı nəsil Mitsubishi Attrage ilk dəfə 2013-cü ildə təqdim olunub. O, bir il əvvəl debüt edən Mirage hetçbeki ilə eyni platformanı paylaşır.

Hazırda model əsasən Cənub-Şərqi Asiya bazarları üçün istehsal olunur. Son yenilənmə hələlik yalnız sedan versiyasına şamil edilib və ilk olaraq Tayland bazarında satışa çıxarılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mitsubishi Attrage yenilənib — Fins.az — Fins.az