
Misirdə qədim məbəddə 2500 illik memarlıq elementləri aşkarlanıb
Fins.az - Misirin qərb səhrasında yerləşən Bahariya oazisi ərazisində mühüm arxeoloji kəşf edilib.
Qədim Əl-Qəsr Əl-Qədim məbədinin xarabalıqlarında 26-cı sülaləyə aid, təxminən 2500 il yaşı olan memarlıq elementləri tapılıb.
Kəşf zamanı qumdaşı otağın qalıqları, eləcə də üzərində I Psamtikın adları və titulları yazılmış daş bloklar aşkarlanıb.
Misir Turizm və Qədim Əşyalar Nazirliyinin məlumatına görə, tapıntılar ölkənin qədim sivilizasiya tarixinin daha dərindən öyrənilməsinə töhfə verəcək.