
Misirdə Nil timsahlarının görünməsi narahatlıq doğurur
Fins.az - Misirin müxtəlif bölgələrində son aylarda suvarma kanalları və sututarlarda Nil timsahlarının görünməsi əhali arasında narahatlıq yaradıb.
Son hadisə Qalyubiyyə vilayətinin əl-Həsabə kəndində qeydə alınıb. Yaşayış məntəqəsinin yaxınlığındakı su kanalında üzən Nil timsahının görüntüləri yerli sakinlərin diqqətini cəlb edib.
Hadisədən sonra timsahların ölkənin şimal bölgələrində necə peyda olması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.