Misir Türkiyə ilə münasibətlərin inkişafına hazırdır

Misir Türkiyə ilə münasibətlərin inkişafına hazırdır

DÜNYA
445

Qahirə Ankara ilə dialoqu inkişaf etdirməyə hazırdır və bu, hər iki ölkənin maraqlarına cavab verir.

Fins.az xəbər verir ki, bu barədə Misir XİN başısı Samih Şukri türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Misir və Türkiyənin münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində inkişaf etməlidir.

“Qahirə Türkiyənin bu yaxınlardakı bəyanat və jestlərini yüksək qiymətləndirib”, – deyə Şurki qeyd edib.

Misir diplomatiyasının başçısı gələcək əlaqələrin çərçivələrini müəyyən edəcək siyasi təşəbbüslər mərhələsinə keçidin əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu 10 apreldə misirli həmkarı ilə telefon danışığı keçirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Misir Türkiyə ilə münasibətlərin inkişafına hazırdır — Fins.az — Fins.az