
Misir iri layihələrin icrasını yanacaq qənaəti üçün müvəqqəti ləngidir
Fins.az - Misir hökuməti yanacaq və dizel sərfiyyatı yüksək olan iri dövlət layihələrinin icrasını ən azı iki ay müddətinə ləngidəcək.
Baş nazir Mustafa Mədbuli bildirib ki, bütün dövlət nəqliyyat vasitələri üçün yanacaq limiti 30 faiz azaldılacaq. Xidmət və emal sənayesi istisna olmaqla, dövlət və özəl sektor əməkdaşları aprel ayı ərzində bazar günləri məsafədən işləyəcəklər.
Enerji təchizatındakı problemlər davam edərsə, qənaət tədbirlərinin müddəti uzadıla və ya həftə ərzində əlavə məsafədən iş rejimi tətbiq oluna bilər.