Misir enerjiyə qənaət rejiminə keçir, məsafədən iş gündəmə gəlir

Misir enerjiyə qənaət rejiminə keçir, məsafədən iş gündəmə gəlir

DÜNYA
224

Fins.az - Misirdə enerji istehlakını azaltmaq məqsədilə bir sıra tədbirlər tətbiq olunacaq. Hökumət qərara alıb ki, mağazalar, ticarət mərkəzləri və restoranlar martın 28-dən etibarən həftə içi günlərdə saat 21:00-da, cümə axşamı və cümə günləri isə saat 22:00-da bağlansın. Baş nazir Mustafa Məduli bildirib ki, enerji sahəsində böhran aradan qalxdıqda bu qərar ləğv edilə bilər. Yanacaq və enerjidən qənaətlə istifadə vacibdir; Ramazan bayramından sonra yeni inzibati paytaxtdakı hökumət idarələrində işıqlandırma və enerji şəbəkəsi saat 18:00-dan sonra dayandırılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Misir enerjiyə qənaət rejiminə keçir, məsafədən iş gündəmə gəlir — Fins.az — Fins.az