
Mirra Andreyeva ilk dəfə Böyük Dəbilqə turnirinin qalibi olub
Fins.az - Rusiyalı tennisçi Mirra Andreyeva karyerasında ilk dəfə Böyük Dəbilqə turnirinin qalibi olub.
19 yaşlı idmançı Parisdə keçirilən Roland Qarros–2026 turnirinin finalında polşalı tennisçi Maya Xvalinska üzərində 6:3, 6:2 hesablı qələbə qazanıb.
Hazırda Qadın Tennis Assosiasiyasının (WTA) reytinqində səkkizinci pillədə qərarlaşan Andreyeva Rusiyanın bir nömrəli tennisçisi hesab olunur. Xvalinska isə dünya reytinqində 114-cü yerdədir.
Bu titul Mirra Andreyevanın karyerasında Böyük Dəbilqə turnirlərində qazandığı ilk çempionluqdur. O, Roland Qarros–2026-dan əvvəl bu səviyyəli yarışlarda ən yaxşı halda dörddəbir final mərhələsinə qədər irəliləmişdi.