Mirra Andreeva WTA reytinqində 7-ci pilləyə yüksəlib

Mirra Andreeva WTA reytinqində 7-ci pilləyə yüksəlib

DÜNYA
355

Fins.az - Mirra Andreeva qadın tennisçilərin WTA reytinqində yüksələrək 7-ci yerə çıxıb.

Yenilənmiş siyahı təşkilatın rəsmi saytında dərc olunub. Andreeva son həftə Madriddə keçirilən WTA 1000 turnirində finala qədər irəliləyib, lakin həlledici oyunda məğlub olub.

Turnirin qalibi olan Marta Kostyuk reytinqdə 8 pillə irəliləyərək 15-ci yerə yüksəlib.

Hazırda dünya reytinqində birinci yerdə Aryna Sabalenka qərarlaşıb. İkinci yerdə Elena Rybakina, üçüncü yerdə isə Iga Swiatek yer alır. Coco Gauff isə dördüncü pilləyə enib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mirra Andreeva WTA reytinqində 7-ci pilləyə yüksəlib — Fins.az — Fins.az