Messi dünya çempionatlarında məhsuldar ötürmə rekordunu yeniləyib

Messi dünya çempionatlarında məhsuldar ötürmə rekordunu yeniləyib

DÜNYA
206

Fins.az - Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçu olub.

Təcrübəli hücumçu bu göstəricidə 1986-cı il dünya çempionu Diego Maradonanı geridə qoyub.

Messi dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı keçirilən görüşdə məhsuldar ötürmə müəllifi olub. Bununla da onun mundialların final mərhələlərində məhsuldar ötürmələrinin sayı doqquza çatıb.

Qeyd edək ki, dünya çempionatlarında məhsuldar ötürmələrin rəsmi statistikası 1966-cı ildən aparılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Messi dünya çempionatlarında məhsuldar ötürmə rekordunu yeniləyib — Fins.az — Fins.az