
Məşhur moda şirkəti birdəfəlik geyim paylayacaq
Məşhur italyan brendi olan “Armani” istehsalda dəyişikliklər edərək tibb personalı üçün birdəfəlik xalatlar istehsal etməyə başlayıb.
Fins.az xəbər verir ki, şirkət dünyadakı bütün fabriklərinə müvafiq göstəriş verib. İstehsal olunacaq xalatlar koronavirusla mübarizə aparan tibb personalına paylanacaq. Şirkət rəhbərliyi bildirib ki, bu xalatlar personala pulsuz paylanacaq. (azertac)