Mərkəzi Asiyada enerji oyunu dəyişir: Qırğızıstana milyonlarla dollar ayrıldı

Mərkəzi Asiyada enerji oyunu dəyişir: Qırğızıstana milyonlarla dollar ayrıldı

DÜNYA
345

Fins.az - Qırğızıstan beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə iri enerji layihəsinin icrasına başlayıb.

Layihə çərçivəsində ilkin mərhələdə ölkəyə 40 milyon dollar ayrılıb. Vəsait enerji infrastrukturunun yenilənməsinə, o cümlədən yarımstansiyaların modernləşdirilməsinə və yeni elektrik ötürmə xətlərinin çəkilməsinə yönəldiləcək.

Proqram region ölkələri arasında vahid elektrik enerjisi bazarının yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində müasir enerji ticarəti mexanizmləri tətbiq ediləcək, rəqəmsallaşma gücləndiriləcək və bərpa olunan enerji mənbələrinin inteqrasiyası təmin olunacaq.

Ekspertlər hesab edir ki, bu təşəbbüs Qırğızıstanın enerji təhlükəsizliyini artıracaq, ixrac imkanlarını genişləndirəcək və ölkəni regionda mühüm enerji mərkəzinə çevirə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Asiyada enerji oyunu dəyişir: Qırğızıstana milyonlarla dollar ayrıldı — Fins.az — Fins.az