Medvedyev Rusiya iqtisadiyyatı üçün əsas şokları AÇIQLAYIB

Medvedyev Rusiya iqtisadiyyatı üçün əsas şokları AÇIQLAYIB

DÜNYA
771

“Qlobal böhran içərisində olan Rusiya üç iqtisadi sarsıntıların təsirini yaşayır.”

Fins.az xəbər verir ki, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev  deyib.

Neftin qiymətinin düşməsini ilk şok adlandıran Medvedev bildirib ki, bu əsas şokdur, çünki daxili iqtisadiyyat karbohidrogen ixracından asılı olaraq qalır. O xatırlatdıb ki, son 20 ildə Rusiya bu zərbələrə üç dəfə məruz qalıb. Həm XX əsrin sonlarında, həm 2008-2009-cu illərdə və həm də 2014-2015-ci illərdə.

İkinci şok, koronavirus infeksiyasının yayılması. Bu virusunun yayılmasının qarşısını almaq  üçün dövlət inzibati tədbirlərin sayını artırır.

Bununla yanaşı “Mövcud əlverişsiz vəziyyət bir və ya bir neçə ölkədə yeni maliyyə böhranına səbəb ola bilər. Bu, öz növbəsində, Rusiyanın maliyyə və valyuta bazarlarına təzyiq göstərəcək, eyni zamanda Rusiya ixracatına tələbin əlavə azalmasına səbəb olacaq "deyə Medvedev bildirib.

Təhlükəsizlik Şurası sədrinin müavini iqtisadiyyatın aktivləşməsi mərhələsindəki sosial-iqtisadi siyasətin əsas prinsiplərini də sadalayıb: bütün məhdudiyyətləri aradan qaldırmaq, işçilərə və fərdi sahibkarlara dəstək olmaq, o cümlədən əmək qanunvericiliyi islahatı yolu ilə, şirkətlərlə xüsusi iş aparmaqla çəkdikləri xərcləri azaltmaq, nəzarəti yumşaltmaq, büdcə öhdəliklərini qorumaq.

“Əlbəttə ki, dövlət dəstəyi tədbirlərinin həcmi iqtisadi itkilər və vətəndaşların rifahı ilə mümkün qədər müqayisə olunmalıdır. Ancaq böhranı aradan qaldırmağın ilk mərhələsində həyatın daha mürəkkəb olacağı və qaçılmaz düzəlişlər ediləcəyi açıq-aşkar görünür ”Medvedev etiraf edib

Müəllif: Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Medvedyev Rusiya iqtisadiyyatı üçün əsas şokları AÇIQLAYIB — Fins.az — Fins.az