Maya Sandu Aİ–Moldova sammitinin nəticələrini yüksək qiymətləndirib

Maya Sandu Aİ–Moldova sammitinin nəticələrini yüksək qiymətləndirib

DÜNYA
181

Fins.az - Maya Sandu Brüsseldə keçirilən Aİ–Moldova sammitində çıxışı zamanı ölkəsinin Avropa İttifaqına inteqrasiya yolunda mühüm irəliləyişlər əldə etdiyini bildirib.

Prezident qeyd edib ki, Avropa İttifaqına üzvlük perspektivi Moldovaya vacib dəyişiklikləri həyata keçirmək və konkret nəticələr əldə etmək üçün əlavə stimul verir.

Onun sözlərinə görə, Moldova hakimiyyəti ölkənin Avropa standartlarına uyğunlaşması üçün tələb olunanlardan daha çox iş görür və mürəkkəb islahatların həyata keçirilməsi məsuliyyətini üzərinə götürür.

Brüsseldə keçirilən sammitdə tərəflər Moldova ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi və inteqrasiya prosesinin sürətləndirilməsi məsələlərini müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maya Sandu Aİ–Moldova sammitinin nəticələrini yüksək qiymətləndirib — Fins.az — Fins.az