
Mark Kasado “Barselona”dan ayrılmağa hazırlaşır
Fins.az - “Barselona”nın yarımmüdafiəçisi Mark Kasado mövsümün sonunda klubdan ayrılmaq niyyətindədir.
Məlumata görə, 22 yaşlı futbolçu baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında kifayət qədər oyun vaxtı almamasından narazıdır. Klubun da onunla müqaviləni uzatmaqda maraqlı olmadığı bildirilir.
Kasadonun karyerasını Səudiyyə Ərəbistanında davam etdirmə ehtimalı var. Futbolçunun bazar dəyəri təxminən 20 milyon avro qiymətləndirilir.