
Marin Lö Pen prezident seçkisi kampaniyasına elektron qolbaqsız başlayacaq
Fins.az - Fransada Milli Birlik Partiyasının lideri Marin Lö Pen 2027-ci il prezident seçkiləri kampaniyasına elektron nəzarət qolbağı olmadan başlayacaq.
Paris Apellyasiya Məhkəməsi yanında baş prokuror Mari-Süzan Lö Konun sözlərinə görə, Kassasiya Məhkəməsinə təqdim edilən şikayət apellyasiya instansiyasının hökmünün icrasını müvəqqəti dayandırır. Bu səbəbdən məhkəmə qərarı yekun qüvvəyə minənədək Marin Lö Penə elektron nəzarət qolbağı tətbiq olunmayacaq.