
Malayziyanın Ali hökmdarı Putini 2027-ci ildə ölkəsinə dəvət edib
Fins.az - Sultan Ibrahim Rusiya Prezidenti Vladimir Putin-i 2027-ci ildə Malayziyaya dövlət səfərinə dəvət edib.
Malayziyanın Ali hökmdarı bildirib ki, iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin 60 illiyi münasibətilə bu səfər xüsusi əhəmiyyət daşıyacaq.
Onun sözlərinə görə, ötən onilliklər ərzində tərəflər mühüm nəticələr əldə edib və planlaşdırılan səfər Malayziya ilə Rusiya arasında əməkdaşlığa yeni impuls verə bilər.