
Macarlar özlərinin mənzil şəraitini yaxşılaşdırmaqda israrlıdırlar
Macarıstanın təqribən 100 min ev təsərrüfatı yaxın bir il ərzində mənzil almaq, yaxud ev tikmək niyyətində israrlıdır.
Fins.az Macarıstanın MTI agentliyinə istinadla xəbər verir ki, iqtisadi-sosial qrupun və inşaat materialları istehsalçısı “Masterplast”ın apardığı rüblük sorğunun nəticələri belədir.
Daha 201 min ailə gələn il ərzində (yəni 2023-cü ilədək) ev alacaq və ya tikdirəcək.
Ötən il Macarıstanda evlərin satış həcmi 131 min vahidi üstələyib.
© azertac