
Macarıstanın yeni hakimiyyəti Rusiya neftini almağa davam edəcək
Fins.az - Macarıstanda hakimiyyətə gələn yeni siyasi qüvvə ölkənin Rusiya neftindən imtina etməyəcəyini açıqlayıb. Parlament seçkilərində qalib gələn “Tisa” Partiyasının lideri Peter Macar bildirib ki, Budapeşt Moskva ilə enerji əməkdaşlığını davam etdirəcək.
Onun sözlərinə görə, Macarıstan Rusiya neftinin idxalını dayandırmaq niyyətində deyil və bu sahədə mövcud siyasət qorunacaq.
Siyasətçi, həmçinin, Ukrayna münaqişəsi başa çatdıqdan sonra Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğv olunacağına ümid etdiyini qeyd edib.
Xatırladaq ki, ölkənin əvvəlki baş naziri Viktor Orban parlament seçkilərində məğlubiyyətini qəbul edərək qalib tərəfi təbrik edib.