Macarıstanda “Tissa” Partiyası yeni hökumətin strukturunu açıqlayıb

Macarıstanda “Tissa” Partiyası yeni hökumətin strukturunu açıqlayıb

DÜNYA
258

Fins.az - Macarıstanda Peter Macıarın rəhbərlik etdiyi “Tissa” Partiyası mümkün yeni hökumətin strukturuna dair ilkin planlarını təqdim edib.

Məlumata görə, partiya təxminən 16 nazirlikdən ibarət kabinet formalaşdırmağı planlaşdırır. Strukturda xarici işlər, maliyyə, iqtisadiyyat və enerji, səhiyyə, müdafiə və ətraf mühit kimi əsas sahələr üzrə nazirliklər nəzərdə tutulur.

Partiya nümayəndələri bildiriblər ki, yeni model dövlət idarəçiliyinin daha effektiv və şəffaf təşkilinə yönəlib. Nazirliklərin sayı və funksiyaları ölkənin mövcud iqtisadi və sosial çağırışlarına uyğun müəyyənləşdirilib.

Ekspertlər hesab edirlər ki, bu yanaşma son illərdə formalaşmış idarəetmə sistemindən xeyli fərqlənə bilər. Yeni parlamentin yaxın həftələrdə fəaliyyətə başlaması və hökumətin formalaşdırılması prosesinin sürətlənməsi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Macarıstanda “Tissa” Partiyası yeni hökumətin strukturunu açıqlayıb — Fins.az — Fins.az