Macarıstanda 91 illik istilik rekordu qırılıb

Macarıstanda 91 illik istilik rekordu qırılıb

DÜNYA
208

Fins.az - Macarıstanda davam edən güclü istilər fonunda 91 il əvvəl qeydə alınmış temperatur rekordu yenilənib.

Ölkənin meteorologiya xidməti HungaroMetin məlumatına görə, Budakalaş şəhərində havanın temperaturu 40,7 dərəcəyə çatıb. Bununla da 1935-ci ildə qeydə alınmış 39,9 dərəcəlik əvvəlki gündəlik milli rekord geridə qalıb.

Bundan başqa, paytaxt Budapeştdə də maksimal temperatur üzrə yeni rekord qeydə alınıb.

Meteoroloqlar yaxın günlərdə də yüksək temperaturun davam edəcəyini və əhalinin isti hava ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməsinin vacibliyini bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Macarıstanda 91 illik istilik rekordu qırılıb — Fins.az — Fins.az