Macarıstan neft, benzin və dizel ixracını qadağan etdi

Macarıstan neft, benzin və dizel ixracını qadağan etdi

DÜNYA
338

Fins.az - Macarıstan hökuməti Yaxın Şərqdəki vəziyyət və Avropada qiymət artımı fonunda neft, 95 markalı benzin və dizel yanacağının ixracını qadağan edib.

Milli iqtisadiyyat naziri Marton Nadj qərarın 45 gün ərzində neft ehtiyatlarını sərbəst buraxmaq üçün qəbul edildiyini bildirib.

Hökumət həmçinin yanacaq qiymətlərinin artımını dayandırmaq üçün 10 mart tarixindən benzin və dizel qiymətlərini məhdudlaşdırıb. Bu addım “Drujba” neft kəmərinin fəaliyyətinin dayanması və Avropada yanacaq qiymətlərinin kəskin artması ilə əlaqədar fövqəladə hökumət iclasında qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Macarıstan neft, benzin və dizel ixracını qadağan etdi — Fins.az — Fins.az