Lukaşenko Polşadan Belarusa mal gətirməyi qadağan etdi

Lukaşenko Polşadan Belarusa mal gətirməyi qadağan etdi

DÜNYA
505

Belarus gömrükçüləri Polşadan gələn bütün malların ölkəyə buraxılmasını dayandırıblar. Bu barədə Polşanın “Gazeta Wyborcza” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, gömrük xidməti hansı hüquqi akt əsasında fəaliyyət göstərdiyini izah etmir, sadəcə baqajda axtarış aparır və içində Polşa malları olanların girişinə qadağa qoyur.

“Qadağan olunmuş əşyalar” arasında qəhvə paketləri, şokolad barları, tualet kağızının olduğu bildirilib.

Belarus Prezidenti Aleksandr Lukaşenko bu cür tədbirlərlə “Belarusluları Polşa supermarketlərindən qoparmağa çalışır” deyə qəzet yazır.

Bundan əlavə, güman edilir ki, Polşa mallarının idxalına qoyulan qadağa respublikanın getdikcə azalmaqda olan valyuta ehtiyatlarını xilas etmək və Lukaşenkonun Polşa və Litva sərhədlərini bağlamaqla bağlı açıqlamasının boş sözlər olmadığını nümayiş etdirmək məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Lukaşenko Polşadan Belarusa mal gətirməyi qadağan etdi — Fins.az — Fins.az