Lufthansa əl yükü qaydalarını sərtləşdirir

Lufthansa əl yükü qaydalarını sərtləşdirir

DÜNYA
277

Fins.az - Almaniyanın aparıcı aviaşirkəti Lufthansa əl yükü ilə bağlı yeni qaydalar tətbiq etməyə hazırlaşır. Dəyişikliklər qısa və orta məsafəli uçuşlar üzrə yeni tarif siyasətinin bir hissəsidir.

Yeni “Economy Basic” tarifinə əsasən, ən ucuz bilet alan sərnişinlər kabinə yalnız kiçik şəxsi əşya götürə biləcəklər. Bu əşyanın ölçüsü 40x30x15 santimetrdən çox olmamalıdır və notbuk çantası və ya kiçik bel çantası ola bilər.

Əvvəllər pulsuz daşına bilən kiçik çamadanlar artıq bu tarifə daxil edilməyəcək. Əlavə əl yükü və ya baqaj üçün sərnişinlər 15 avrodan başlayan əlavə ödəniş etməli olacaqlar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Lufthansa əl yükü qaydalarını sərtləşdirir — Fins.az — Fins.az