Londonda marafon coşqusu – paytaxt küçələri idman bayramına çevrilib

Londonda marafon coşqusu – paytaxt küçələri idman bayramına çevrilib

DÜNYA
326

Fins.az - Böyük Britaniyanın paytaxtı Londonda ənənəvi marafon keçirilib.

Səhər saatlarından start götürən yarış şəhərin mərkəzi küçələrini əhatə edib və minlərlə insanı bir araya gətirib. Marafonda həm peşəkar idmançılar, həm də çoxsaylı həvəskar qaçışçılar iştirak edib.

Təşkilatçıların məlumatına görə, bu il yarışa 50 mindən çox iştirakçının qatılması və onların 42 kilometrə yaxın məsafəni qət etməsi gözlənilir.

London marafonu təkcə idman yarışı deyil, həm də xeyriyyə məqsədi daşıyır. İştirakçılar müxtəlif fondlar üçün vəsait toplayırlar. Ötən il bu məqsədlə rekord məbləğdə – 87 milyon funt sterlinqdən çox vəsait yığılmışdı.

Yarış boyunca şəhər küçələri musiqi, alqışlar və rəngarəng kostyumlarda qaçan iştirakçılarla xüsusi atmosfer qazanıb. Sakinlər və turistlər marafonu izləyərək idmançılara dəstək veriblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Londonda marafon coşqusu – paytaxt küçələri idman bayramına çevrilib — Fins.az — Fins.az